Машиналық аударма (opus-mt-en-ru@int8+kazRush-ru-kk@int8). Түпнұсқа
Материал түпнұсқа тілінде: English.
Instagram Edits-i Mac kompterlrin us g tirir v CapCut-a ruqib olur
Инстаграм qysa viterlaryn montaji n no zrd utulan reductions tultbicini Mac komptrl frin us ditir.chirktin aciqlamasyna gr , masast versia daha byk ekran, klaviatura v niann stnllkl frind n hazirlanib. Bu addymla Meta z tutbikini ByteDance chirk intinin mischhur видео Redaktoru CapCut-a daha siddi riqib cheviirr. Ксатирладак ki, Мета Эдитс-и тн [&8230]; Пост Instagram Эдитс-i Мак компютерлрин
2026 ж. 6 қараша · Дереккөз: InfoCity — IT и AI события KZ

Instagram qısa videoların montajı üçün nəzərdə tutulan Edits tətbiqini Mac kompüterlərinə gətirir. Şirkətin açıqlamasına görə, masaüstü versiya daha böyük ekran, klaviatura və siçanın üstünlüklərindən istifadə edərək mürəkkəb video layihələri üzərində işləmək istəyən yaradıcılar üçün hazırlanıb. Bu addımla Meta öz tətbiqini ByteDance şirkətinin məşhur video redaktoru CapCut-a daha ciddi rəqibə çevirir. Xatırladaq ki, Meta Edits-i ötən il məhz CapCut-a alternativ kimi təqdim etmişdi. CapCut isə 2021-ci ildən Windows və Mac kompüterlərində istifadə oluna bilir. Edits-in masaüstü versiyasında lisenziyalı və müəllif hüquqları məhdudiyyəti olmayan musiqilər, səs və video effektləri, eləcə də bir neçə dildə avtomatik subtitr yaratmaq imkanı var. Mobil tətbiqdə saxlanılan audio və mətn üslubları masaüstü versiya ilə sinxronlaşdırılır. İstifadəçilər klaviatura qısayollarını öz istəklərinə uyğun dəyişə və ya başqa montaj proqramlarından idxal edə bilərlər. Tətbiq həmçinin çoxzolaqlı montaj zaman xətti, keçidlər üçün keyframe dəstəyi və kadrları dəqiq kəsməyə kömək edən audio dalğa formaları ilə təchiz olunub. Bundan əlavə, yaradıcılar öz şrift fayllarını da tətbiqə əlavə edə biləcəklər. Edits layihəsinin rəhbəri Brett Westervelt bildirib ki, bir çox kontent yaradıcısı müəyyən mərhələdə telefon ekranının böyük layihələr üçün kifayət etmədiyini görür. Çoxsaylı videolarla işləmək, kadrları musiqinin dəqiq ritminə uyğunlaşdırmaq və zaman xəttində xırda düzəlişlər etmək masaüstü kompüterdə daha rahatdır. Yeni versiyanın məqsədi məhz bu ehtiyacları qarşılamaqdır. Masaüstü redaktorda hazırlanan videoları birbaşa Instagram-da paylaşmaq da mümkün olacaq. Bunun üçün etiketləmə və məkan əlavə etmə kimi platformanın daxili funksiyaları da nəzərdə tutulub. Beləliklə, yaradıcılar videonu kompüterdə montaj etdikdən sonra faylı telefona köçürmək və paylaşmazdan əvvəl əlavə düzəlişlər aparmaq məcburiyyətində qalmayacaqlar. Instagram-ın məlumatına görə, Edits həm üfüqi, həm də şaquli video formatlarını dəstəkləyir. Videoları 4K keyfiyyətində və su nişanı olmadan ixrac etmək mümkündür. Bu isə hazır materialları digər platformalarda paylaşmağa və ya şəxsi istifadə üçün saxlamağa imkan verəcək. Şirkət masaüstü versiyanı təkmilləşdirmək üçün hər həftə yeniləmələr yayımlamağı planlaşdırır. Hazırda əsas hədəflərdən biri eyni layihənin kompüter və mobil cihazlar arasında fasiləsiz redaktə edilməsini təmin etməkdir. Bununla yanaşı, Instagram mobil Edits tətbiqini də inkişaf etdirməyə davam edəcək. Şirkətin bildirdiyinə görə, hazırda bu versiyadan 50 milyondan çox kontent yaradıcısı istifadə edir.
Осы тақырыптан тағы
МирMedium мәтін жазуға арналған көмекші ЖИ бар TK қолданбасын іске қосадыSMNTCN (Semanticon) — глобальные новости ИИ
МирТрамп жасанды инт-компания басшысын түрмеге жаптыSMNTCN (Semanticon) — глобальные новости ИИ
МирДжонатан Кантер монополияға қарсы күреске арналған жасанды инструктураны жасайдыӘділет министрлігінің бұрынғы монополияға қарсы бөлімінің басшысы Джонатан Кантер ірі коттерге қарсы заңгерлік зерттеулер үшін ИИ-құралы бар FluxCap стартапын іске қостыSMNTCN (Semanticon) — глобальные новости ИИ