Машинный перевод (opus-mt-en-ru@int8). Оригинал
Материал на языке оригинала: English.
Sony 1979-cu ilin Walkman qulaqliqlárnini yenidñn satıscha çyxardi. Нр дюйшиб?
Sony t skminn yarim isr vvvl ll ilk Walkman musici plieri il mirlikid tirlikd tikdim etdiyi qulaqlıqllari yenidn satıscha çyxarib. Yeni MDR-3R Modeli orijinal dizaynyni demök nolar ki, tamamamilius qoruub saxlayib, lkin bir neçus müasir xüsusiyytl tichiz edilib. Bununla белль, yeniliklrdn bir maraqli bir mhdudiy int d zsbb olub. Ориджинал MDR-3L2 qulaqlıqlari 1979-cu ild . Sony-nin ilk kaset Pleyeri Walkman […] Post Sony 1979-cu ilin Walkman qulaqliqlärnini yenidn satıscha çyxardi. Нр дюйшиб?
6 ноября 2026 г. · Источник: InfoCity — IT и AI события KZ

Sony təxminən yarım əsr əvvəl ilk Walkman musiqi pleyeri ilə birlikdə təqdim etdiyi qulaqlıqları yenidən satışa çıxarıb. Yeni MDR-3R modeli orijinal dizaynını demək olar ki, tamamilə qoruyub saxlayıb, lakin bir neçə müasir xüsusiyyətlə təchiz edilib. Bununla belə, yeniliklərdən biri maraqlı bir məhdudiyyətə də səbəb olub. Orijinal MDR-3L2 qulaqlıqları 1979-cu ildə Sony-nin ilk kaset pleyeri Walkman TPS-L2 ilə birlikdə təqdim edilmişdi. Yeni MDR-3R modelində şirkət həmin dövrün tanış görünüşünü qoruyub: metal istiqamətləndiriciləri olan nazik baş bandı, dairəvi qulaqcıqlar və dəyişdirilə bilən porolon yastıqlar. Komplektə narıncı və mavi rəngli əlavə örtüklər də daxildir. Qutunun və istifadə təlimatının dizaynı da orijinal modelin üslubunda hazırlanıb. Yeni qulaqlıqlar kabelsiz cəmi 38 qram ağırlığındadır. Sony onları hazırkı məhsul çeşidindəki ən yüngül qulaqüstü qulaqlıqları kimi təqdim edir. Modeldə 1979-cu il versiyasında olduğu kimi 23 mm-lik dinamiklərdən istifadə olunub. Bununla belə, tanış səs xarakterini qorumaq və müasir standartlara uyğunlaşmaq üçün onların konstruksiyası bir qədər yenilənib. Ən nəzərəçarpan dəyişikliklərdən biri bağlantı portudur. Ənənəvi 3,5 mm-lik audio girişinin əvəzinə USB-C konnektoru quraşdırılıb. Uzunluğu 1,2 metr olan kabeldə musiqini idarə etmək və zənglərə cavab vermək üçün mikrofon və idarəetmə düymələri də var. Qulaqlıqları işlətmək üçün sadəcə kabeli cihaza qoşmaq kifayətdir. Lakin burada maraqlı bir məqam var: Sony özü MDR-3R modelini müasir Walkman pleyerləri ilə istifadə etməyi tövsiyə etmir. Səbəb mümkün uyğunluq problemləridir. Qulaqlıqların işləməsi üçün cihaz USB Audio Class 1.0 standartını dəstəkləməlidir. Bundan başqa, bəzi funksiyalar istifadə olunan cihazın modelindən asılı olaraq əlçatan olmaya bilər. Sony adi MDR-3R modeli ilə yanaşı, «Stranger Things» serialından ilhamlanan xüsusi versiyanı da təqdim edib. Bu variant qara-qırmızı rəng tərtibatı, serialın adı həkk olunmuş korpus və tematik qablaşdırma ilə fərqlənir. ABŞ-da standart MDR-3R modelinin qiyməti 59 dollar, Avropada isə 59 avrodur. «Stranger Things» xüsusi versiyası müvafiq olaraq 79 dollar və 69 avroya təklif olunur.
Ещё в теме
МирMedium запускает приложение TK с ИИ-помощником для написания текстовSMNTCN (Semanticon) — глобальные новости ИИ
МирТрамп пригрозил арестом главе ИИ-компанииSMNTCN (Semanticon) — глобальные новости ИИ
МирДжонатан Кантер создаёт ИИ-инструмент для борьбы с монополиямиБывший глава антимонопольного подразделения Минюста Джонатан Кантер запустил стартап FluxCap с ИИ-инструментом для юридических исследований против крупнейших коSMNTCN (Semanticon) — глобальные новости ИИ