All Articles
2 min read
ResearchOctober 7, 2026

ChatGPT görüşlər zamanı qeydlər aparacaq və tapşırıqları özü müəyyənləşdirəcək

OpenAI, ChatGPT-ni iş görüşlərində daha faydalı köməkçiyə çevirən yeni Meetings əlavəsini təqdim edib. Bu funksiya süni intellektə görüşü dinləməyə, söhbəti mətnə çevirməyə, vacib məqamları qeyd etməyə və müzakirənin sonunda görüləcək işləri müəyyənləşdirməyə imkan verir.…

rauf jafarov·InfoCity — IT и AI события KZ
Original Source
Key Takeaways
  • 01.OpenAI, ChatGPT-ni iş görüşlərində daha faydalı köməkçiyə çevirən yeni Meetings əlavəsini təqdim edib
  • 02.Bu funksiya süni intellektə görüşü dinləməyə, söhbəti mətnə çevirməyə, vacib məqamları qeyd etməyə və müzakirənin sonunda görüləcək işləri müəyyənləşdirməyə imkan verir.…
AI QAZAQSTAN
KZ·AI AA49
ChatGPT görüşlər zamanı qeydlər aparacaq və tapşırıqları özü müəyyənləşdirəcək

OpenAI, ChatGPT-ni iş görüşlərində daha faydalı köməkçiyə çevirən yeni Meetings əlavəsini təqdim edib. Bu funksiya süni intellektə görüşü dinləməyə, söhbəti mətnə çevirməyə, vacib məqamları qeyd etməyə və müzakirənin sonunda görüləcək işləri müəyyənləşdirməyə imkan verir. Üstəlik, görüşə ayrıca bot və ya virtual iştirakçı əlavə etmək tələb olunmur. Görüş başa çatdıqdan sonra ChatGPT söhbətin stenoqramını, istifadəçinin yazdığı qeydləri və qoşulmuş xidmətlərdən əldə edilən mövcud məlumatları birlikdə analiz edir. Daha sonra görüşün əsas məqamlarını və növbəti addımları özündə əks etdirən yekun xülasə hazırlayır. İstifadəçi hazırlanmış nəticəni redaktə edə və görüşlə bağlı ChatGPT-yə əlavə suallar verə bilər. Məsələn, müəyyən tapşırığı kimin yerinə yetirməyə razılaşdığını soruşmaq mümkündür. Bundan sonra ChatGPT həmin kontekstdən istifadə edərək cavab məktubu hazırlaya və ya layihə planını yeniləyə bilər. Meetings funksiyası Google Calendar və Outlook ilə də işləyir. Maraqlıdır ki, görüş təqvimdə əvvəlcədən qeyd olunmasa belə, ChatGPT aktiv zəngi müəyyən edə bilir. Hazırda yeni funksiya macOS üçün ChatGPT tətbiqində beta versiyada təqdim olunur. O, Pro və Business tariflərindəki istifadəçilər, həmçinin bəzi korporativ müştərilər üçün əlçatandır. Windows, iOS və Android versiyalarında isə Meetings funksiyasının daha sonra istifadəyə verilməsi planlaşdırılır. The post ChatGPT görüşlər zamanı qeydlər aparacaq və tapşırıqları özü müəyyənləşdirəcək appeared first on InfoCity.

Aggregated within AI Qazaqstan national intelligence stream with author attribution.

Related Intelligence

All stories →
Research1 мин

ChatGPT adds locked chats protected by PIN and Face ID

OpenAI has begun rolling out a locked-chat feature in ChatGPT that lets users hide individual conversations behind a PIN or biometric protection. The new feature helps keep personal chats inaccessible to others, even if the user hands over their phone.

Tech-news.kz