Anthropic Claude Haiku 5.5 adlı yeni süni intellekt modelini təqdim edib. Bu, şirkətin daha əlçatan Haiku ailəsinin yenilənmiş versiyasıdır. Model əsasən çoxlu sayda tapşırığın yerinə yetirildiyi və əsas prioritetin sürət və aşağı xərcolduğu ssenarilər üçün hazırlanıb. Anthropic-in sözlərinə görə, Claude Haiku 5.5 şirkətin indiyədək hazırladığı ən sürətli modeldir. Buna görə də saniyələrlə ölçülən cavab vaxtının vacib olduğu işlər üçün xüsusilə əlverişlidir. Məsələn, model brauzerlə işləyən AI-agentlərdə və müştəri dəstəyi xidmətlərində real vaxt rejimində istifadə oluna bilər. Haiku 5.5 həmçinin tez-tez təkrarlanan və böyük həcmdə icra olunan əməliyyatların öhdəsindən yaxşı gəlir. Buraya qısa xülasələrin hazırlanması, kontekstin sıxlaşdırılması, verilənlər bazasına sorğuların göndərilməsi və məlumatların təsnifləşdirilməsi daxildir. Yeni model proqramlaşdırma prosesində də köməkçi AI-agent kimi istifadə edilə bilər. Anthropic onu daha güclü Sonnet 5.5 və Opus 5.5 modelləri ilə birlikdə işlətməyi təklif edir. Belə yanaşmada Haiku 5.5 daha sadə və sürətli tapşırıqları öz üzərinə götürərək əsas modelin yükünü azalda bilər. Ən diqqətçəkən məqam isə qiymətdir. Haiku 4.5 ilə müqayisədə yeni modelin istifadəsi orta hesabla 75% ucuzlaşıb. Bununla belə, 100 min tokendən artıq emal tələb edən tapşırıqlarda qiymət 5 dəfə artır. Claude Haiku 5.5 artıq Claude, Amazon Web Services, Google Cloud və Microsoft Azure platformalarında istifadəyə verilib. The post Anthropic ən sürətli və sərfəli modeli Claude Haiku 5.5-i təqdim etdi appeared first on InfoCity.
内容来自原始来源:
InfoCity — IT и AI события KZ
在 InfoCity — IT и AI события KZ 阅读全文本内容来自公开来源。若发布内容影响您的权利 → 申请删除信息
标题为英语Anthropic ən sürətli və sərfəli modeli Claude Haiku 5.5-i təqdim etdi
Anthropic Claude Haiku 5.5 adlı yeni süni intellekt modelini təqdim edib. Bu, şirkətin daha əlçatan Haiku ailəsinin yenilənmiş versiyasıdır. Model əsasən çoxlu sayda tapşırığın yerinə yetirildiyi və əsas prioritetin sürət və aşağı xərcolduğu ssenarilər üçün hazırlanıb.…
AI 摘要:要点
- Anthropic Claude Haiku 5.5 adlı yeni süni intellekt modelini təqdim edib
- Bu, şirkətin daha əlçatan Haiku ailəsinin yenilənmiş versiyasıdır
- Model əsasən çoxlu sayda tapşırığın yerinə yetirildiyi və əsas prioritetin sürət və aşağı xərcolduğu ssenarilər üçün hazırlanıb.…
Anthropic ən sürətli və sərfəli modeli Claude Haiku 5.5-i təqdim etdi
相关文章
法官驳回萨姆·奥尔特曼妹妹的性虐待诉讼
周二,美国地区法官 Zachary Bluestone 驳回了 Ann Altman 去年提起的诉讼,指控她的兄弟、OpenAI 首席执行官 Sam Altman 在她的整个童年时期对她进行了性虐待。正如《卫报》早些时候报道的那样,法官写道,去年,安……
ENAnthropic pitches AI safety bill that may block a model if 50+ people could be killed
The proposed policy seems to offer protections against AI run amok but actually forbids federal agencies from blocking a model's release without the permission of a judge.
ENHugging Face CEO warns that Netflix’s OpenAI hack documentary isn’t accurate
Before you share the Netflix documentary "AI Gone Rogue" take note. Clem Delangue, Hugging Face's co-founder who is featured in the film, says it went "full doomer mode" and isn't accurate.
谷歌更加个性化的 Gemini AI 即将进入你的汽车
谷歌正在为汽车中的 Gemini AI 带来个人智能。通过此更新,Android Auto 中的 Gemini 以及内置 Google 的汽车可以跨 Google 应用程序访问您的信息,包括 Gmail、日历、地图、照片、YouTube 和搜索。举个例子,谷歌说……



