OpenAI yeni GPT-6 modelini təqdim edib. Yeniliyin əsas xüsusiyyəti Intelligent UI texnologiyasıdır. Bu texnologiya ChatGPT-yə cavabları yalnız mətn şəklində deyil, istifadəçinin birbaşa qarşılıqlı əlaqə qura biləcəyi interaktiv elementlərlə təqdim etməyə imkan verir. Məsələn, cavabın içində qrafiklər, düymələr, formalar, sxemlər və digər interaktiv komponentlər görünə bilər. ChatGPT qarşıya qoyulan tapşırığa uyğun formatı özü seçir. Mürəkkəb mövzunu interaktiv sxemlə izah edə, praktiki məsələdə isə birbaşa söhbətin daxilində lazım olan aləti — kalkulyatordan tutmuş sadə oyuna qədər — yarada bilər. Digər mühüm yenilik cavabların daha tez görünməsidir. GPT-6 sorğunu tam emal etməyi gözləmədən cavabı emal prosesi davam edərkən formalaşdırmağa başlaya bilir. OpenAI-nin məlumatına görə, veb axtarışı tələb edən sorğularda GPT-6 Instant, GPT-5.6 Instant ilə müqayisədə cavab verməyə orta hesabla 44% daha tez başlayır. Bununla belə, Intelligent UI hər mesajda avtomatik aktiv olmayacaq. Əgər istifadəçinin sualına adi mətnlə cavab vermək kifayətdirsə, ChatGPT əvvəlki kimi sadə mətn formatından istifadə etməyə davam edəcək. OpenAI təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirib. GPT-6 müdafiə mexanizmlərini keçməyə yönəlmiş cəhdlərə qarşı daha davamlı olmaq və potensial təhlükəli vəziyyətləri daha dəqiq müəyyənləşdirmək üçün əlavə təlim keçib. GPT-6 artıq ChatGPT Plus, Pro, Business və Enterprise istifadəçiləri üçün əlçatandır. Oktyabrın 8-dən etibarən yeniləmənin Free və Go istifadəçilərinə də mərhələli şəkildə təqdim olunması gözlənilir. Ödənişli tariflərdə GPT-6 Sol, Free və Go istifadəçilərində isə GPT-6 Luna versiyası tətbiq edilir. The post OpenAI GPT-6-nı təqdim etdi: ChatGPT artıq interaktiv cavablar yarada bilir appeared first on InfoCity.
内容来自原始来源:
InfoCity — IT и AI события KZ
在 InfoCity — IT и AI события KZ 阅读全文本内容来自公开来源。若发布内容影响您的权利 → 申请删除信息
标题为英语OpenAI GPT-6-nı təqdim etdi: ChatGPT artıq interaktiv cavablar yarada bilir
OpenAI yeni GPT-6 modelini təqdim edib. Yeniliyin əsas xüsusiyyəti Intelligent UI texnologiyasıdır. Bu texnologiya ChatGPT-yə cavabları yalnız mətn şəklində deyil, istifadəçinin birbaşa qarşılıqlı əlaqə qura biləcəyi interaktiv elementlərlə təqdim etməyə imkan verir. Məsələn,…
AI 摘要:要点
- OpenAI yeni GPT-6 modelini təqdim edib
- Yeniliyin əsas xüsusiyyəti Intelligent UI texnologiyasıdır
- Bu texnologiya ChatGPT-yə cavabları yalnız mətn şəklində deyil, istifadəçinin birbaşa qarşılıqlı əlaqə qura biləcəyi interaktiv elementlərlə təqdim etməyə imkan verir
OpenAI GPT-6-nı təqdim etdi: ChatGPT artıq interaktiv cavablar yarada bilir
相关文章
法官驳回萨姆·奥尔特曼妹妹的性虐待诉讼
周二,美国地区法官 Zachary Bluestone 驳回了 Ann Altman 去年提起的诉讼,指控她的兄弟、OpenAI 首席执行官 Sam Altman 在她的整个童年时期对她进行了性虐待。正如《卫报》早些时候报道的那样,法官写道,去年,安……
ENAnthropic pitches AI safety bill that may block a model if 50+ people could be killed
The proposed policy seems to offer protections against AI run amok but actually forbids federal agencies from blocking a model's release without the permission of a judge.
ENHugging Face CEO warns that Netflix’s OpenAI hack documentary isn’t accurate
Before you share the Netflix documentary "AI Gone Rogue" take note. Clem Delangue, Hugging Face's co-founder who is featured in the film, says it went "full doomer mode" and isn't accurate.
停止为人工智能付费,在本地运行一切(方法如下)
大型实验室不会谈论这一点,而是不断学习为您自己的工作流程的[音乐]用例改进模型的想法。大型实验室没有动力为用户提供这种[音乐],因为他们正在训练他们的模型以适应正常的……



